18.3 C
Baku
Çərşənbə, Aprel 24, 2024

Bizə yaz

Gürcüstanda etirazlar davam edir

Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinə etirazların 10-cu günündə şəhərdəki son vəziyyət açıqlanıb.

Tvit.az xarici mediaya istinadla xəbər verir ki, bir neçə yüz nəfər Gürcüstan parlamenti qarşısında xarici agentlər haqqında qanunun qəbuluna qarşı nümayiş keçirib. Bildirilib ki, əksəriyyəti gənclər təşkilatlarının nümayəndələri və tələbələr olan nümayişçilər Gürcüstan və Avropa İttifaqının bayraqları ilə ayaq üstə durur, fit çalır və xarici agentlər haqqında qanunun əleyhinə şüarlar səsləndirirlər.

Hadisə yerində polis qrupları növbətçilik edir.

Etirazla əlaqəli olaraq parlamentin yerləşdiyi Rustaveli prospekti bağlanıb.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR