Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ İsrail hökumətini UNRWA qadağasını dayandırmağa çağırdı
dünya

ABŞ İsrail hökumətini UNRWA qadağasını dayandırmağa çağırdı

31-10-2024 09:00 43 Baxış
IMG

ABŞ administrasiyası İsrail hökumətini UNWRA-nın fəaliyyətinə son qoyacaq İsrail parlamentinin təsdiq etdiyi qanunun icrasını dayandırmağa çağırıb.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karine Jean-Pierre deyib.


“UNRWA-nın İordan çayının qərb sahili, Qəzza və Şərqi Qüdsdəki əməliyyatlarına son verə biləcək qanundan dərin narahatıq. İsrail hökumətini bu qanunun tətbiqini dayandırmağa çağırırıq”,- deyə sözçü bildirib.


Elmin Alışov