ABŞ administrasiyası İsrail hökumətini UNWRA-nın fəaliyyətinə son qoyacaq İsrail parlamentinin təsdiq etdiyi qanunun icrasını dayandırmağa çağırıb.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karine Jean-Pierre deyib.
“UNRWA-nın İordan çayının qərb sahili, Qəzza və Şərqi Qüdsdəki əməliyyatlarına son verə biləcək qanundan dərin narahatıq. İsrail hökumətini bu qanunun tətbiqini dayandırmağa çağırırıq”,- deyə sözçü bildirib.
Elmin Alışov