Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın Burqas şəhərində keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.
"Tvit.az" xəbər verir ki, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda 3 top və 2 halqa ilə proqramı 25,150 xalla yerinə yetiriblər.
Yığma 5 lentlə kompozisiyanı isə dördüncü pillədə başa vurub. Komanda həmçinin çoxnövçülük üzrə mayın 17-də keçiriləcək finala vəsiqə qazanıb.