Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman KİV: Premyer Liqada çıxış edən futbolçu 24 saat ərzində "Real" klubunda tibbi müayinədən keçəcək
idman

KİV: Premyer Liqada çıxış edən futbolçu 24 saat ərzində "Real" klubunda tibbi müayinədən keçəcək

15-05-2025 21:00 20 Baxış
IMG

İngiltərə Premyer Liqası təmsilçisi "Bornmut"un müdafiəçisi Din Hoysen 24 saat ərzində İspaniyanın "Real" klubunda tibbi müayinədən keçəcək.

 

Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün məsələlər müsbət yekunlaşdıqdan sonra 20 yaşlı müdafiəçi hazırkı komandasının Premyer Liqadakı son iki oyununda iştirak etmək üçün İngiltərəyə qayıdacaq.

 

"Kral klubu"nun yaxın vaxtlarda transferi açıqlaması gözlənilir.

 

Məşhur "Transfermarkt" portalı futbolçunun dəyərini 42 milyon avro qiymətləndirir.

 

Qeyd edək ki, Din Hoysenin "Bornmut"la olan müqavilə müddəti 2030-ci ilin yayında başa çatır. O, cari mövsüm 34 oyunda 3 qol vurub.