Rusiya və Ukrayna hərbi personal mübadiləsi aparıb.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, BƏƏ rus döyüşçülərinin əsirlikdən qayıtması zamanı vasitəçilik səylərini təmin edib.
Rusiya da xoşməramlılıq əlaməti olaraq təcili tibbi yardıma ehtiyacı olan 22 ağır yaralı hərbi əsiri təhvil verib. Əsirlikdən azad edilən Rusiya hərbçiləri Belarusdadırlar və müalicə və reabilitasiya üçün Rusiya Federasiyasına aparılacaqlar.
Aysel Şirinova