Ukraynanın NATO-ya daxil olması nəzəri cəhətdən 25 ildən sonra mümkün olsa da, hazırda mümkün deyil.
Tvit.az xəbər verir ki, bu fikri ABŞ-ın müdafiə naziri Pit Heqset "Breitbart News" portalına müsahibəsində bildirib.
"Ukraynanın NATO-ya üzvlüyü çətin ki, düşdüyümüz vəziyyətin reallıqları nəzərə alınmaqla mümkün deyil. Heç kim 25 il və ya başqa bir müddət ərzində yerə pay vurmur", - deyə o, bildirib.
Nazir əlavə edərək bildirib ki, hazırda Ukraynanın NATO-ya daxil olması masada deyil.
Aysel Şirinova