Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Şahmat üzrə Azərbaycan çempionatında finalın ilk oyunları keçirilib
idman

Şahmat üzrə Azərbaycan çempionatında finalın ilk oyunları keçirilib

13-02-2025 19:00 15 Baxış
IMG

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirilib.

 

Tvit.az xəbər verir ki, kişi şahmatçıların finalında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb.

 

Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva Günay Məmmədzadəyə qalib gəlib.

 

3-cü yer uğrunda partiyada Ülviyyə Fətəliyeva Gülnar Məmmədovadan güclü olub. Sabah medallar uğrunda görüşlərdə cavab partiyaları oynanılacaq.

 

Qeyd edək ki, kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanacaq.