Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial III MDB Oyunları bu tarixdə keçiriləcək
sosial

III MDB Oyunları bu tarixdə keçiriləcək

12-02-2025 20:00 18 Baxış
IMG

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib.

 

Tvit.az xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsinin ilk iclasında məlumat verilib.

 

İclasda qeyd olunub ki, MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncədə və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.