Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.
"Tvit.az" FHN-ə istinadən xəbər verir ki, dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranının xarici divarına quraşdırılan tüstü bacasında yağ qalıqları yanıb. Restoran və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Yasamal rayonunda isə çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 m² olan kafenin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavanı 15 m² sahədə əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.