Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bu rayonlarda qaz olmayacaq
hadisə

Bu rayonlarda qaz olmayacaq

05-02-2025 14:00 25 Baxış
IMG

“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərinin 80,0-ci km-də “Hacıqabul-Horadiz” avtomobil yolu ilə kəsişən hissəsində əmələ gəlmiş qaz sızmasının ləğvi ilə bağlı 05.02.2025-ci il saat 14:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan "Tvit.az"a verilən məlumata görə, təmir işləri aparılan müddətdə İmişli rayonunun tam olaraq, Saatlı rayonunun isə Məzrəli kəndinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.