Naxçıvanda 43 yaşlı kişi dispanserdə intihar edib.
"Tvit.az" xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində baş verib. 2009-cu ildən bu xəstəxanada alkoqol asılılığı diaqnozu ilə qeydiyyatda olan Naxçıvan şəhər sakini, 1982-ci il təvəllüdlü Həsənov Bəxtiyar Eldar oğlu özünü asaraq intihar edib.
O, yanvarın 31-də öz ərizəsi əsasında dispanserə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.