Almaniya iqtisadiyyatı 75 il ərzində ən uzun böhran şəraitindədir və ondan tez çıxmaq mümkün deyil.
Tvit.az xəbər verir ki, bu barədə "Bild" qəzetində Almaniyanın "Gesamtmetall" metallurgiya və elektrotexnika sənayesi üzrə səhmdarlar birliyinin araşdırmasına istinadla məlumat verilib.
"Almaniya son 75 ildə ən ağır böhran dövrünü yaşayır. İqtisadiyyatımız 1949-cu ildən bəri heç vaxt olmadığı qədər uzun müddət tənəzzülə məruz qalıb", - materialda deyilir.
Aysel Şirinova