Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Qanunda dəyişiklik: Onları 2500 manatadək cərimə gözləyir...
sosial

Qanunda dəyişiklik: Onları 2500 manatadək cərimə gözləyir...

29-12-2024 18:00 27 Baxış
IMG

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 2500 manatadək cərimələnəcək.

 

Tvit.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

 

Belə ki, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.