Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Kremldən təyyarə qəzasına görə üzr istəmək tələblərinə CAVAB
sosial

Kremldən təyyarə qəzasına görə üzr istəmək tələblərinə CAVAB

27-12-2024 15:00 22 Baxış
IMG

Rusiya istintaq yekunlaşana qədər Aktauda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı qiymətləndirmələr etməyəcək. 

"Tvit.az" xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov brifinqdə deyib.

Belə ki, jurnalistlər Peskova Kremldə Azərbaycan tərəfinin Rusiyanın qəza ilə bağlı üzr istəməsi tələbini görüb-görmədikləri ilə bağlı sual ünvanlayıb. O, isə cavabında "Hazırda bu hadisə ilə bağlı araşdırma aparılır və istintaqın yekunları yekunlaşana qədər biz heç bir qiymətləndirmə etməyəcəyik", - deyib. 

Dmitri Peskov əlavə edib ki, hadisə ilə bağlı istintaq davam edir.