Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Markerlərin sayı çox olsaydı, yazıların yoxlanması daha tez olardı" - Məleykə Abbaszadə
sosial

Markerlərin sayı çox olsaydı, yazıların yoxlanması daha tez olardı" - Məleykə Abbaszadə

19-12-2024 17:00 13 Baxış
IMG

Bizə çox zaman sual verirlər ki, yazı işləri nə üçün gec yoxlanılır? Markerlərin sayı 5 min, 10 min olsaydı, yoxlama prosesi daha tez olardı. Təəssüflər olsun ki, bu sahədə də mütəxəssis çatışmazlığını hiss edirik. Biz markerlərin hazırlanmasına hələ 2017-ci ildən başlasaq da, bu sahədə mütəxəssislərə ehtiyac duyuruq. Həm markerlər, həm də qiymətləndirmə ilə, psixrometrik testlərlə məşğul olan mütəxəssislərə bizdə ehtiyac çoxdur.

"Tvit.az" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Dövlət İmtahan Mərkəzi qiymətləndirmə prosesi, psixometriya sahələri üzrə 3 aylıq proqrama başlayıb. Gənclər bu proqramda iştirak edərək yeni peşə qazana bilərlər: “Mən fürsətdən istifadə edərək, həm təhsil sahəsində oxuyanlara, o cümlədən magistraturanın sonuncu kurs tələbələrinə, riyaziyyat, informatika, statistika sahələrində oxuyan gənclərə müraciət edərək demək istəyirəm ki, onlar Dövlət İmtahan Mərkəzinin proqramına qoşularaq yeni bir peşə əldə edə bilərlər.

Sonra, təbii ki, onlar bu sahədə bizlə işləyə bilərlər. Onu da deyim ki, əmək bazarında kifayət qədər belə mütəxəssislərə tələbat var”.