Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi
sosial

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

18-12-2024 20:00 15 Baxış
IMG

Bu günlərdə Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.

 

Tvit.az xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda gündəliyə əsasən, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

 

Kollegiyanın digər qərarı ilə muaytay idman növü Azərbaycan Kikboksinq Federasiyasının fəaliyyət istiqamətinə daxil edilib və ölkə ərazisində yayılan idman növü kimi tanınıb.

 

Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, prezidenti isə Orxan Əliyevdir.