Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Göyçayda pirotexniki vasitələr satan şəxs saxlanıldı
sosial

Göyçayda pirotexniki vasitələr satan şəxs saxlanıldı

13-12-2024 12:00 80 Baxış
IMG

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən T.Qayıbov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Tvit.az"a bildirilib ki, ondan müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

"Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib",- deyə məlumatda qeyd edilib.