Qazaxıstanın Gürcüstandakı səfiri Aduov Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Tvit.az xəbər verir ki, görüşdə Qazaxıstan-Gürcüstan strateji tərəfdaşlığının möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.
Tərəflər ticarət-iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetiriblər. Bu çərçivədə Orta Dəhlizin potensialının reallaşdırılmasının vacibliyi vurğulanıb.
Bundan əlavə, qarşıdakı ikitərəfli tədbirlərə hazırlıq məsələləri, o cümlədən ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının təşkili və iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin inkişafı nəzərdən keçirilib.