İsrail Müdafiə Nazirliyi ölkənin İordaniya ilə şərq sərhədinin möhkəmləndirilməsi məqsədilə genişmiqyaslı layihə həyata keçirməyi planlaşdırır.
Tvit.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata əsasən, layihə çərçivəsində uzunluğu təxminən 500 kilometr olan müdafiə səddinin inşası nəzərdə tutulur. Layihənin ümumi dəyərinin 1,7 milyard dollar (5,5 milyard şekel) olacağı gözlənilir.
Yeni sərhəd səddinin terrorçuların ölkəyə daxil olmasının, silah və narkotik qaçaqmalçılığının qarşısının alınmasına, həmçinin şərq sərhədində nəzarətin gücləndirilməsinə xidmət edəcəyi bildirilir. Layihəyə müasir müşahidə sistemlərinin və sərhəd pozuntularını aşkarlayan texnologiyaların quraşdırılması da daxildir.
Bununla yanaşı, İsrail hakimiyyəti sərhədyanı ərazilərin inkişafını da planlaşdırır. Bu çərçivədə təxminən 40 yeni yaşayış məntəqəsinin və mülki obyektin yaradılması, infrastrukturun genişləndirilməsi, eləcə də ölkənin şərq hissəsi boyunca uzanan 90 nömrəli avtomobil yolunun modernləşdirilməsi nəzərdə tutulur.