Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial “Zəfər naminə - Birlik Kuboku” keçirildi
sosial

“Zəfər naminə - Birlik Kuboku” keçirildi

11-11-2026 10:00 45 Baxış
IMG

Noyabrın 4–5-də Ağdam şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər naminə – Birlik Kuboku” adı altında Ağdam, Füzuli və Xocavənd rayonlarını təmsil edən şirkətlər və sakinlərdən ibarət komandalararası mini futbol turniri keçirilib.

Tvit.az xəbər verir ki, turnirdə “Ağdam”, “Füzuli”, “Xocavənd”, “Mübariz”, “İmarət”, “Ağdam Təhsil”, “Zəfər Bağları” və “Agro Lid” olmaqla, ümumilikdə 8 komanda iştirak edir. İki gün davam edən yarış maraqlı və gərgin idman mübarizəsi şəraitində keçir. Komandalar turnir ərzində öz bacarıqlarını və qələbə əzmlərini nümayiş etdirirlər.Turnirin keçirilməsində əsas məqsəd Zəfər Gününün ruhuna uyğun olaraq birlik və həmrəyliyin təşviqi, müxtəlif müəssisə və təşkilatların əməkdaşları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, eləcə də sağlam həyat tərzinin təbliğidir.