Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Putin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
dünya

Putin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

05-11-2026 22:00 60 Baxış
IMG

Rusiya Prezidenti Vladimir Putin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə  İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Rzai məlumat verib.

 

Onun sözlərinə görə, Putin İranın nüvə obyektlərinə endirilən zərbələri pisləyib və müharibənin dayandırılması üçün istənilən yardımı göstərməyə hazır olduğunu bildirib. Görüşdə Rusiyadan İrana qaz kəmərinin çəkilməsi, müharibədən sonrakı vəziyyət və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Rzai qeyd edib ki, Rusiya ilə müzakirə olunan qaz kəməri layihəsi iki əsas məqsəd daşıyır. Bunlar İranda qaz qıtlığının aradan qaldırılması və Rusiya qazının İran vasitəsilə qonşu ölkələrə ixracının təmin edilməsidir.

 

Aysel Şirinova

.