Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Türkiyədə turistləri daşıyan avtobus aşdı - Ölənlər var
hadisə

Türkiyədə turistləri daşıyan avtobus aşdı - Ölənlər var

05-11-2026 14:00 33 Baxış
IMG

Türkiyənin mərkəzi Aksaray əyalətində avtobus qəzasında ən azı 16 xarici turist yaralanıb.

 

Tvit.az-ın xarici mediaya istinadla məlumatına görə, yaralı turistlərdən ikisinin vəziyyəti ağırdır.

 

Qəza  Aksaray-Nevşehir magistral yolunda baş verib. Avtobusda Kosta Rika, Braziliya və Tayvandan olan turistlər  Kapadokyanın görməli yerlərini ziyarət etmək üçün səfər ediblər. Sürücünün idarəetməni itirməsi qəzaya səbəb olub.

 

Qəza yerinə tibb işçiləri, jandarma əməkdaşları və xilasedicilər gəlib. Yaralılar Aksaray Tədris və Araşdırma Xəstəxanasına aparılıblar.