Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilir
siyasət

Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilir

19-05-2026 19:00 61 Baxış
IMG

Azərbaycan Hökuməti ilə Sudan Hökuməti arasında diplomatik pasport sahiblərinin qarşılıqlı olaraq vizalardan azad edilməsi haqqında Saziş imzalanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, saziş ikitərəfli münasibətlərin möhkəmləndirilməsində və iki ölkə arasında daha sıx diplomatik qarşılıqlı əlaqələrin təşviqində daha bir mühüm addımdır.

 

Sənəd Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Ahmed İbrahimin Azərbaycana səfəri çərçivəsində imzalanıb.