Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət İran BƏƏ-yə hücumları dayandırmalı və Hörmüz boğazını açmalıdır - Almaniya
siyasət

İran BƏƏ-yə hücumları dayandırmalı və Hörmüz boğazını açmalıdır - Almaniya

18-05-2026 15:00 62 Baxış
IMG

Almaniya İranın Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə qarşı hücumlarını pisləyir.

 

Tvit.az xəbər verir ki, bu barədə Almaniya kansler Fridrix Mertz deyib. 

 

O əlavə edib ki, Tehran qonşularını təhdid etməyi dayandırmalı və Hörmüz boğazını məhdudiyyətsiz açmalıdır.

 

Mertz X platformasında paylaşımında bildirib: “Nüvə obyektlərinə hücumlar region boyunca insanların təhlükəsizliyi üçün təhdid yaradır. Zorakılığın daha da artmasına yol verilməməlidir.”

 

O həmçinin deyib ki, İran ABŞ ilə ciddi danışıqlara başlamalıdır.

 

Aysel Şirinova