Astronomlar kainatın dərinliklərində yaşı cəmi 3 milyon il olan planet aşkar ediblər.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“TIDYE-1b” indiyə qədər müşahidə edilən ən gənc planetlərdən biridir. Müqayisə üçün qeyd edək ki, Yerin yaşı 4,5 milyard ildir.
Bu gənc planetin kəşfi planetin formalaşmasının ilkin mərhələləri haqqında mühüm ipuçları verir.
Bundan əlavə, bu xüsusi kəşf alimləri planetlərin necə doğulduğuna dair modellərini yenidən nəzərdən keçirməyə vadar edir.
Elmin Alışov