Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) Quba Regional Reklam İdarəsinin rəisi işdən çıxarılıb.
Tvit.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ADRA İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun müvafiq əmri ilə Vüsal Oqtay oğlu Mustafayev öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Qeyd edək ki, Vüsal Mustafayev 2024-cü ildə ADRA-nın Quba Regional Reklam İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.