Taliban Əfqanıstanın Berlindəki səfiri Yama Yari və Bonndakı baş konsul Səid Lütfullah Sadatı geri çağırıb.
Tvit.az xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb.
Qeyd olunur ki, Əfqanıstanın diplomatik nümayəndələri hələ 2021-ci ildə Əfqanıstanda hakimiyyət dəyişikliyindən əvvəl də bu vəzifələrdə olublar və son vaxtlar Taliban ilə diplomatlar arasında fikir ayrılıqları yaranıb.
Aysel