NATO Rusiya Federasiyası ilə dağıdıcı müharibəyə hazır deyil.
Tvit.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Zalujnı deyib.
“Sual: Hansı NATO ölkəsi bu gün 2000 hədəflə hücumu dəf etməyə hazırdır? Mən sizə Ukraynanın nə qədər raket aldığını deyə bilmərəm, amma inanın ki, heç bir hesablama buna uyğun gəlmir. Və tendensiya (Rusiya Federasiyası tərəfindən buraxılan raketlərin və dronların) sayının artması istiqamətində olacaq. Artıq bu ay onların sayı 3000-ə çatır", - deyə vurğulayıb.
Onun sözlərnə görə, məhz bu göstəriciyə görə nə Britaniya, nə də digər dövlətlər buna hazır olmayacaq”, - Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda isə Ukraynanın Britaniyadakı səfiri Zalujnı “Ukrayinska”ya müsahibəsində bildirib.
Aysel