Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda 77 saxta domen aşkarlanaraq bloklanıb
sosial

Azərbaycanda 77 saxta domen aşkarlanaraq bloklanıb

22-11-2024 12:00 19 Baxış
IMG

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumlarının domenlərinə (gov.az) bənzədilmiş 77 saxta domen aşkar edərək bloklayıb.

"Tvit.az" Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunun 53-ü III rübün payına düşüb.

Yanvar-oktyabr aylarında isə qurum “AzStateNet” şəbəkəsi üzrə 679 430 000 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 818 400, kompüter və proqram təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan "Sandbox" mühafizə sistemi vasitəsilə isə 185 163 zərərverici tərkibli elektron sənədi blok edib.