Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ-nin nüvə siyasəti qlobal strateji tarazlığı pozub
dünya

ABŞ-nin nüvə siyasəti qlobal strateji tarazlığı pozub

21-11-2024 12:00 64 Baxış
IMG

ABŞ-nin nüvə silahı siyasəti qlobal strateji tarazlığı əhəmiyyətli dərəcədə pozub.

Tvit.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian keçirdiyi brifinqdə bildirib.

"Son illər ABŞ milli təhlükəsizlik siyasətində nüvə silahının rolunu artırıb. ABŞ qlobal strateji tarazlığı və sabitliyi ciddi şəkildə pozub, hərbi rəqabət və qarşıdurmanı gücləndirib, nüvə risklərinin artmasına təkan verib", - Lin Cian deyib.

O vurğulayıb ki, Birləşmiş Ştatlar bu yaxınlarda nüvə triadını modernləşdirməyə davam edir. Bundan başqa, Vaşinqton öz müttəfiqləri ilə hərbi əməkdaşlığı gücləndirir, onların ərazisində orta mənzilli raket və raketdən müdafiə sistemlərinin yerləşdirilməsini təbliğ edir. Onun sözlərinə görə, ABŞ "hegemonluq və mütləq strateji üstünlük" axtarır.

Lin Jian deyib ki, ABŞ hərtərəfli və tam nüvə silahsızlaşdırılmasının son reallaşması üçün şərait yaratmalı, strateji risklərin azaldılması üçün səylər göstərməli, regional sülh və sabitliyi qorumalıdır.

Aysel Şirinova