Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Qarabağ"a baxışa gələcək afrikalı futbolçuların adları bəlli olub
idman

"Qarabağ"a baxışa gələcək afrikalı futbolçuların adları bəlli olub

23-02-2026 20:00 18 Baxış
IMG

"Qarabağ" Futbol Akademiyasına baxışa gələcək iki nigeriyalı futbolçunun adı bəlli olub.

 

Tvit.az xəbər verir ki, bu barədə AZƏRTAC-a akademiyanın meneceri Nail Kərimov məlumat verib.

 

O, hər iki oyunçunun 2008-ci il təvəllüdlü olduğunu bildirib:

 

"Bunlar Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetorodur. Biri hücumçu, digəri isə müdafiəçidir. Onların hansı tarixdə Azərbaycana gələcəkləri bəlli deyil".

 

Həmin oyunçular "Qarabağ" Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev tərəfindən "Obasa Cup" turnirində kəşf ediliblər.