Avropa İttifaqı 20-ci paketdən kənar olaraq, Rusiyanın 8 güc strukturu əməkdaşına, həmçinin məhkəmə və penitensiar sistemin işçilərinə qarşı sanksiyalar tətbiq edib.
Tvit.az xəbər verir ki, bu barədə Aİ Şurasının "Avropa İttifaqının Rəsmi Jurnalı"ndakı bəyanatında deyilir.
"Qara siyahı"ya iki hakim, bir prokuror, bir müstəntiq və dörd koloniya və istintaq təcridxanası rəhbəri daxil edilib. Sanksiyalar "insan hüquqlarının pozulması" siyahısı çərçivəsində tətbiq olunub və 20-ci paketlə əlaqəsi yoxdur.
Bildirilib ki, bu tədbirlərə Aİ-yə giriş qadağası və Avropadakı maliyyə vəsaitlərinin dondurulması daxildir.
Aysel Şirinova