Çexiyanın mədəniyyət naziri Oto Klempir Praqada baş verən qəzadan sonra xəstəxanaya yerləşdirilib.
Tvit.az xəbər verir ki, bu barədə "Idnes" xəbər portalı məlumat yayıb.
"Nazir Klempirj avtomobil qəzasına uğrayıb. Onun vəziyyəti yaxşı deyil. Bu səbəbdən hadisə yerinə təcili tibbi yardım çağırılıb və nazir Mərkəzi Hərbi Hospitala çatdırılıb", - deyə bildirilib.
Qəza bazar ertəsi səhər saatlarında baş verib. Nazirin xüsusi siqnallarla təchiz edilmiş xidməti avtomobili digər minik maşını ilə toqquşub, nəticədə təhlükəsizlik yastıqları açılıb.
Aysel Şirinova,
Tvit.az