Polşanın keçmiş baş naziri Mateuş Moravetski 370 milyon dollarlıq mənimsəmədə ittiham olunur.
Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Marçin Kervinski məlumat yayıb.
Belə ki, Marçin sabiq baş naziri Qazaxıstan, Avstraliya və Kolumbiyadan 1.3 milyard zloti (370 milyon dollar) məbləğində yüz minlərlə ton kömürün alınmasında mümkün fırıldaqçılıq əməlində ittiham edib. Onun sözlərinə görə, alınan 750 min ton kömürün 40%-i evlərə köçürülməyə yararlı olmayıb. Bununla da, 200 milyon zloti lazımsız xərclər yaranıb.
Qeyd edək ki, Mateuş Moravetski 2023-cü ildə vəzifəsindən azad edilib.
Aysel Şirinova