Dünyada insan hüquqları tapdalanır.
Tvit.az xəbər verir ki, bu bəyanatla BMT Baş katibi Antonio Quterreş çıxış edib.
"İnsan hüquqları bütün dünyada genişmiqyaslı hücuma məruz qalır. Hüququn aliliyi yerini gücün aliliyinə vermək məcburiyyətində qalıb. Bu hücum gizli deyil, açıq şəkildə həyata keçirilir. Çox vaxt bu prosesə ən böyük gücə sahib olanlar rəhbərlik edirlər", - deyə təşkilatın rəhbəri BMT-nin İnsan Hüquqları Şurasının (BMT İHŞ) 61-ci sessiyasının açılışında çıxış edərkən bildirib.
Quterreş əlavə edib ki, dünyanın müxtəlif regionlarında insan hüquqları "qəsdən, strateji şəkildə, bəzən isə hətta qürurla" tapdalanır.
Aysel Şirinova,
Tvit.az