Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası çərçivəsində tədbirə qatılan bir sıra dövlətlərin liderləri və rəsmi şəxslərlə ayaqüstü görüşüb.
Tvit.az xəbər verir ki, görüşdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, FIFA prezidenti Canni İnfantino və digər rəsmi şəxslər yer alıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edir.