ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başlamazdan əvvəl İran İsrailə cavab verə bilər.
Tvit.az xəbər verir ki, bu barədə Küveytin “Əl-Cərida” nəşri İranın Ali Milli Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən məlumat yayıb.
Nəşrin anonim həmsöhbətinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələrinin komandanlığı İsrailə cavab zərbəsi endirilməsinin tərəfdarıdır.
Bundan əlavə, İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin ofisindən bir neçə yüksək vəzifəli dövlət rəsmisi belə bir planı dəstəkləyir.
Elmin Alışov