Argentina prezidenti Xavyer Miley ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşüb.
Tvit.az xəbər verir ki, bu barədə X-də (keçmiş Twitter) Cənubi Amerika respublikası liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, görüş amerikalı siyasətçinin Mar-a-Laqo iqamətgahında Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı çərçivəsində baş tutub.
“Görüşdə Argentina Prezident Aparatının baş katibi Karina Miley və xarici işlər naziri Xerardo Verteyn də iştirak edib”, - deyə mətbuat xidməti məlumat yayıb.
O, Trampı qələbə münasibətilə bir daha təbrik edib və sosializmi tənqid edib. Bildirilib ki, Argentina prezidentinin çıxışı əvvəlcə planlaşdırdığından daha qısa olub.
Bu, Maylinin 2023-cü ilin dekabrında vəzifəyə gəldikdən sonra ABŞ-yə yeddinci səfəridir.
Aysel Şirinova