Avropa İttifaqı Rusiya Federasiyasından neft daşıyan tankerlərə - Qərbdə Rusiyanın kölgə donanması adlanan gəmilərə qarşı yeni sanksiyalar üzərində işləyir. Tvit.az xəbər verir ki, "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, Avropa hakimiyyəti 2024-cü ilin sonuna qədər məhdudiyyətlər barədə razılığa gəlmək niyyətindədir.
Bildirilib ki, məhdudiyyətlər karbohidrogenlərin satışı ilə məşğul olan fiziki şəxslərlə bağlı tədbirləri əhatə edəcək.
Aysel Şirinova