Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat Saqqız idxalı azalıb: Ən bahalı məhsul ABŞ-dən gəlib
iqtisadiyyat

Saqqız idxalı azalıb: Ən bahalı məhsul ABŞ-dən gəlib

01-01-2026 18:00 21 Baxış
IMG

2025-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 456.58 ton saqqız (şəkərli və ya şəkərsiz) idxal edilib. İdxalın ümumi dəyəri 2 milyon 257.95 min ABŞ dolları təşkil edib. Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 55.08 ton azalıb, dəyəri isə təxminən 101.7 min dollar artıb.

Tvit.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 511.66 ton saqqız idxal olunmuş, idxalın dəyəri isə 2 milyon 156.22 min ABŞ dolları olmuşdu.

2025-ci ilin ilk 10 ayında saqqız əsasən aşağıdakı ölkələrdən idxal olunub:

- Türkiyə - 307.73 ton (1 milyon 364.27 min dollar);

- Rusiya - 52.47 ton (473.63 min dollar);

 

- Türkmənistan - 35.62 ton (187.63 min dollar);

- İran - 25.75 ton (51.5 min dollar);

- Pakistan - 15.19 ton (46.84 min dollar);

- Çin - 11.62 ton (45.28 min dollar);

- İtaliya - 4.16 ton (48.98 min dollar);

- ABŞ - 0.02 ton (0.87 min dollar).

Rəqəmlərdən görünür ki, 2025-ci ildə ən bahalı məhsul ABŞ-dən alınıb: 20 kiloqram saqqıza 870 dollar ödənilib ki, bir tonunun qiyməti 43.5 min dollar edir.

2024-cü ilin eyni dövründə də əsas idxalçı ölkə Türkiyə olub. Həmin dövrdə Türkiyədən 350.01 ton saqqız idxal edilib. Onu Rusiya (61.6 ton) və Türkmənistan (26.19 ton) izləyib.