Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial KİV: Avropa ölkələri Ukraynaya 15 minədək hərbçi göndərməyə hazırlaşırlar
sosial

KİV: Avropa ölkələri Ukraynaya 15 minədək hərbçi göndərməyə hazırlaşırlar

31-12-2025 19:00 8 Baxış
IMG

Bir neçə Avropa ölkəsi mümkün atəşkəsə nəzarət etmək üçün "İstəklilər koalisiyası" çərçivəsində öz hərbçilərini Ukraynaya göndərmək planlarını hazırlayıb.

 

Tvit.az bildirir ki, bu barədə "Die Welt" qəzeti Avropa İttifaqındakı (Aİ) diplomatik mənbələrə istinadən xəbər verir.

 

Nəşrin məlumatına görə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri artıq tam hazırlanıb.

 

Mənbə bildirib ki, atəşkəs barədə razılıq əldə edildikdən sonra ilk altı ay ərzində Avropa dövlətləri Ukraynaya 10-15 min hərbi qulluqçu göndərə bilər.

 

Qeyd olunub ki, Fransa və Böyük Britaniya BMT və ya Aİ mandatı olmadan, yalnız Kiyevin dəvəti ilə atəşkəs rejiminə nəzarətdə iştirak etməyə hazır olduqlarını bəyan ediblər.