Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Dünyanın ən ağırçəkili insanı vəfat edi
digər

Dünyanın ən ağırçəkili insanı vəfat edi

30-12-2025 22:00 17 Baxış
IMG

Meksikada dünyanın ən ağırçəkili insanı Xuan Pedro Franko vəfat edib.

 

Tvit.az bu barədə "El Universal" nəşrinə istinadən xəbər verir.

 

Nəşrin məlumatına görə, 41 yaşlı meksikalı böyrək infeksiyasından dünyasını dəyişib.

 

Xatırladaq ki, 2017-ci ildə Franko 595 kq ilə dünyanın ən ağırçəkili adamı kimi Ginnesin Rekordlar Kitabına düşmüşdü.

 

Onu müalicə edən həkimi Frankoya Aralıq dənizi pəhrizi təyin etmiş, daha sonra isə o, iki əməliyyat keçirmişdi ki, bu da çəkisini 49% azaltmağa imkan vermişdi.