Dünən axşam saatlarında Tehranın Dəmavənd yolunda “Peugeot 206” markalı avtomobilinin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Tvit.az bu barədə İran mətbuatına istinadən xəbər verir.
Məlumata görə, qəza nəticəsində dörd nəfər hadisə yerində həyatını itirib, bir nəfər isə yaralanıb.
Bildirilib ki, avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq əvvəlcə körpü dirəyinə, daha sonra yol nişanına və bir motosikletə çırpılıb.
Elmin Alışov