Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib
sosial

Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib

29-12-2025 18:00 16 Baxış
IMG

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, "D" yaşayış sahəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Məğrur İsa oğlu Hüseynova məxsus "Kovan" ictimai iaşə müəssisəsində yoxlama aparılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

 

Bildirilib ki, baxış zamanı ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən bildirçin, toyuq, balıq və mal ətləri aşkarlanıb.

 

Sahibkar sosial şəbəkələrdə yayımlanan video ilə bağlı verdiyi izahatda ov quşlarının satışının həyata keçirilmədiyini, həmin görüntülərin yalnız müştəri cəlb etmək məqsədilə reklam xarakteri daşıdığını bildirib.

 

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib.