Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Dövlət əmlakına zərər halları: Kim, necə cavabdeh olur? - Sabiq millət vəkili DANIŞDI
sosial

Dövlət əmlakına zərər halları: Kim, necə cavabdeh olur? - Sabiq millət vəkili DANIŞDI

27-10-2025 11:00 220 Baxış
IMG

“Dövlət əmlakına zərər vurulması halları qanunvericilikdə bir neçə hüquqi sənədlə tənzim olunur. Bunlar konstitusiya, mülki və əmək məcəllələri, cinayət məcəlləsi və inzibati xətalar məcəlləsi. Prosesin mahiyyəti ondan ibarətdir ki, dövlət əmlakına dəyən zərər tam bərpa olunmalıdır”.


Bu fikirləri sabiq millət vəkili, tanınmış hüquqşünas Əliməmməd Nuriyev “Tvit.az”a açıqlamasında bildirib. 


O qeyd edib ki, əvvəlcə zərər xidməti araşdırma nəticəsində müəyyən olunur və zərər aktı tərtib olunur. 

“Ziyanın məbləği, səbəbi və məsul şəxsi dəqiqləşdirilir. Çox zaman məsul şəxslə könüllü razılaşma əsasında zərərin ödənilməsi təmin olunur ki, bu da prosesi məhkəməyə çıxarmadan həll etməyə imkan verir. Digər zərər əmək vəzifələrinin icrası zamanı baş veribsə Əmək Məcəlləsinin 30, 31 və 32 ci fəsillərinə uyğun olaraq 191 və 206-cı maddələrin normaları tətbiq olunur. Bu halda dövlət orqanı zərərin könüllü qaydada ödənilməsini təmin etmək üçün məhkəmədə mülki iddia qaldırır”.


Hüquqşünasın sözlərinə görə, zərərin dəyəri bir qayda olaraq əmlakın bazar və ya bərpa dəyərinə uyğun hesablanır.

“Mənimsəmə, səhlənkarlıq və əmlakın qəsdən məhv edilməsi və oğurlanması kimi hallar baş veribsə artıq məsuliyyət inzibati və cinayət müstəvisinə keçir. Belə hallarda bu hərəkətlərə yönəlmiş şəxslər İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət daşıyırlar. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra zğrərin real ödənilməsi mərhələsi başlayır. Bu Azərbaycan Respublikasının İcra Məcəlləsinin İcra Haqqında Qanun tələbləri əsasında həyata keçirilir. İcra məmurları tərəfindən icra sənədi qəbul edilir və həmin şəxsə ödəniş üçün vaxt verilir. Əgər ziyan könüllü şəkildə ödənilməsə məcburi icraat tədbirləri görülür. Borc əmlaki gəlirlərə bank hesabları üzrə həbs qoyulur. Dövlətin maraqları tam təmin olunanadək icraat davam edir. Hüquq təcrübəsində praktikada biz bu cür halların yalnız maddi məsuliyyətlə deyil, həm də etik hüquqi davranış mədəniyyəti ilə əlaqəli olduğunu görürük”.


Bir sözlə, Dövlət əmlakı ictimai əmlakdır. Ona görə də hər bir vəzifəli şəxs dövlət mülkiyyətinə münasibətdə həm hüquqi, həm də mənəvi məsuliyyət daşıyır.


Elmin Alışov