Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya Estoniya Rusiya vətəndaşları ilə bağlı konstitusiyaya düzəliş etdi
dünya

Estoniya Rusiya vətəndaşları ilə bağlı konstitusiyaya düzəliş etdi

21-10-2024 21:00 27 Baxış
IMG

Estoniyanın "İsamaa" partiyası Rusiya vətəndaşlarının bələdiyyə seçkilərində səsvermə hüququndan məhrum edilməsini nəzərdə tutan konstitusiyaya düzəlişləri respublika parlamentinə təqdim edib.

"Tvit.az" xəbər verir ki, bu barədə Delfi portalı məlumat yayıb.

"Parlamentin altı fraksiyasından dördü Rusiya vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsini dəstəklədiyini bildirib. Ancaq tək sözlər kifayət deyil. Bələdiyyə seçkilərinə bir ildən az vaxt qalıb, tez bir zamanda tədbir görülməlidir. Ona görə də biz Konstitusiyaya dəyişikliklərin təşəbbüskarıyıq”, – partiyanın nümayəndəsi Helir-Valdor Seeder jurnalistlərə bildirib.

Parlamentarinin sözlərinə görə, bu cür tədbirlərə respublikada yaşayan Rusiya vətəndaşlarının demək olar ki, 40 faizinin xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiyanı qınamaqdan imtina etməsi ilə əsaslandırılır.

Aysel Şirinova