Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya Yəhya Sinvarın ölümü təsdiqləndi
dünya

Yəhya Sinvarın ölümü təsdiqləndi

17-10-2024 21:00 45 Baxış
IMG

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar İsrail hərbçilərinin oktyabrın 16-da Qəzza zolağının cənubunda keçirdiyi əməliyyat zamanı öldürüldüyü təsdiq edilib.

Tvit.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

 

"İsrail Baş Təhlükəsizlik Xidməti təsdiq edir ki, 16 oktyabr 2024-cü ildə bir il davam edən təqibdən sonra Cənub Hərbi Dairəsinin əsgərləri Qəzza zolağının cənubundakı əməliyyat zamanı Yəhya Sinvarı öldürüb”, - deyə məlumatda bildirilib.

Aysel Şirinova