Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda yaşayış evində yanğın
hadisə

Bakıda yaşayış evində yanğın

16-10-2024 19:00 51 Baxış
IMG

Bakıda yaşayış evində yanğın baş verib.

Bu barədə Tvit.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 9 paq.m mebel, 3 ədəd məişət avadanlığı və evə bitişik, ümumi sahəsi 54 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 45 m² sahədə yanıb.

Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.