Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Magistral yolda geriyə hərəkət edən maşın "Prado" ilə toqquşdu - VİDEO
hadisə

Magistral yolda geriyə hərəkət edən maşın "Prado" ilə toqquşdu - VİDEO

16-10-2024 15:00 52 Baxış
IMG

Avtomagistralda geriyə hərəkət edən avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Tvit.az"a bildirilib ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonu, Kənar Dairəvi yolda baş verib. Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaransa da, polis əməkdaşları tərəfindən nəqliyyatın sərbəst hərəkətinin təmin edilməsi üçün işlər görülüb.

Müşahidələr göstərir ki, bu kimi hadisələr nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi Zığ dairəsi-Hava Limanı yolunda, Heydər Əliyev və Ziya Bünyadov prospektlərində də baş verib. 

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, “Yol hərəkəti haqqında” Qanunun 43-cü maddəsinə əsasən avtomagistrallarda nəqliyyat vasitələrinin geriyə hərəkət etməsi qadağandır.